"ChatGPT Images" təqdim olunub | VİDEO

   "ChatGPT Images" təqdim olunub |    VİDEO
  17 Dekabr 2025    Oxunub:1135
ABŞ-nin "OpenAI" texnologiya şirkəti süni intellektlə foto hazırlamaq imkanı verən, "GPT-5.2" modeli əsasında çalışan "ChatGPT Images" alətini istifadəyə verib.
Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yeni alət geniş fotoredaktə funksiyalarına malikdir. Alət istifadəçilərə foto hazırlamaqla yanaşı onun üzərinə, yaxud konkret hissəsinə element artırmaq, elementləri dəyişdirmək, qarışdırmaq və silmək imkanı verir.

Məlumata əsasən, alət "ChatGPT" tətbiqinin daxilində, ayrıca paneldə yerləşdirilib:

"ChatGPT Images" tətbiqin ödənişsiz versiyasında da əlçatandır. Eyni zamanda, tətbiqdə fotoredaktə interfeysi də yenilənib, həmçinin fotoda dəyişiklik əsnasında onun orijinal halının korlanmamasına diqqət yetirilib".

Firudin Həmidli
AzVision.az


Teqlər: ChatGPT   Images  



Xəbər lenti